Sevgilisinin sualı Cem Yılmazı tərlətdi - FOTO

11 Oktyabr 2018 19:24

Defne Samyelinin sualı Cem Yılmazın sualı tərlədib.

Milli.Az xəbər verir ki, Cem Yılmazın son filmi "Arif V 216"nın kamera arxası görüntülərindən ibarət olan "Arif V 216, çəkiblər, amma necə?" sənədli filmi üçün xüsusi gecə keçirilib. Gecədə sənədli filmdən qısa görüntülər göstərilib. Sənədli filmin fraqmenti izləndikdən sonra tədbirin sual-cavab hissəsi başlayıb. Qonaqlar arasında aktyorun sevgilisi Defne Samyeli də olub. D.Samyelinin verdiyi sual Cem Yılmazı tərlədib.

Samyelinin "Filmi izləmək bir yana, filmin çəkiliş prosesini izləmək necə duyğudur?" sualına Cem Yılmaz belə cavab verib:

"Filmi kamera arxasında izləyərkən qürur hissi keçirirsən. Biz işimizi görərkən üçüncü göz olmuruq. Biri kənardan bizə bunu göstərəndə özümüzü tənqid edə bilirik. Bu sualı evdə də soruşa bilərdin. Cəmiyyətin içində bu qədər çətin sual olmaz ki. Heç bir güzəşt yoxdur. Ən çətin sualı seçir". /publika.az

Milli.Az