Quran və ya Ya-Sin oxuyub, çox adamın ruhuna hədiyyə etmək olarmı?

13 Oktyabr 2018 08:31

Quran və ya Ya-Sin oxuyub, çox adamın ruhuna hədiyyə etmək olarmı? Yoxsa gərək yalnız bir nəfər ölüyə oxunsun?

Quranı və ya onun hər hansı surəsini, ayəsini oxuyub, savabını mərhum şəxsin ruhuna hədiyyə etmək olar. İslam.az-ın məlumatına əsasən, bu zaman əsas olan niyyətdir.

Milli.Az islam.az-a istinadən bildirir ki, yəni Quran oxuyan adam əvvəlcə kimin ruhuna hədiyyə etdiyini müəyyənləşdirməli və Quran oxuduğu müddətdə də bu niyyətdə qalmalıdır. Quranı həm təkcə bir nəfərin ruhuna hədiyyə etmək olar, həm də çox adamın. Bu zaman mərhumların sayı, yaşı, cinsi fərq etməz.

Milli.Az