Rusiyada kafedə kütləvi zəhərlənmə

11 Oktyabr 2018 17:36

Rusiyada kafedə kütləvi zəhərlənmə baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Leninski kəndində kafedə zəhərlənənlərin sayı 20 nəfərə çatıb.

Zəhərlənənlər dərhal xəstəxanaya yerləşdirilib. Onlardan 4 nəfərin azyaşlı olduğu bildirilir. Həkimlərin sözlərinə görə, kəskin bağırsaq infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilən xəstələrin vəziyyəti hazırda qənaətbəxşdir.

Hazırda kafedəki yeməklərdən nümunələr laborator analizlərə təqdim edilib, araşdırma başlayıb.

Milli.Az