"Monako" baş məşqçi ilə yollarını ayırdı

11 Oktyabr 2018 17:16

Fransanın "Monako" klubu baş məşqçi Leonardo Yardimlə yollarını ayırıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 2014-cü ildən "Monako"nun baş məşqçisi olan portuqaliyalı, mövsümə uğursuz başladığından istefaya göndərilib.

Liqa 1-də 9 turdan sonra 18-ci pillədə qərarlaşan "Monako" klubu hələ ki yeni baş məşqçinin adını açıqlamayıb.Onun yerinə Tierri Anri və ya Klaudiyo Ranyerinin təyin olunacağı gözlənilir.

Milli.Az