Son 6 ayda qanunsuz ov edən 63 nəfər saxlanılıb

11 Oktyabr 2018 19:12

Son 6 ay ərzində qanunsuz ov edən 63 nəfər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə nazirliyin bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktoru Hikmət Əlizadə deyib.

H.Əlizadənin sözlərinə görə, saxlanılan şəxslərdən 56 tüfəng, 110-dan artıq patron aşkar edilərək götürülüb:

"Həmin şəxslər arasında ölkəmizə turist kimi gələn əcnəbi vətəndaşlar da var. Əsasən qanunsuz ov son 3 ayda artıb. Son 3 ayda 50-yə qədər vətəndaş qanunsuz ov etdiyi üçün saxlanılıb".

Milli.Az