18+ videosu yayılan Samiraldo: “İntim münasibətdə olmuram...”

11 Oktyabr 2018 17:20

Tanınmış stilist Samiraldonun "Hepatit C" xəstəliyindən müalicə olunduğu deyilir.

Milli.Az xəbər verir ki, yenicag-a açıqlama verən Samiraldo Türkiyədə müayinə olunduğunu bildirib:

"Uzun illər əvvəl saç əkdirəndə mənə dedilər ki, "Hepatit C" xəstəsisən. Buna inanmadım və heç müayinələrə də getmədim. Bu ilin yanvarında Türkiyədə müayinə olunmaq qərarına gəldim. Analizlər verdim, həkimlər məni müayinə etdilər. Dedilər ki səndə heç bir problem yoxdur. Belə götürəndə Azərbaycanda 90 faiz insanlarda bu xəstəlik var. Həkimimə də dedim ki, intim münasibətdə olmuram, narkoman deyiləm. Bu xəstəliyə necə yoluxa bilərəm?".

Bir neçə gün öncə "18+" görüntüləri yayılan stilist bu videodan da danışıb:

"Günün günorta çağı kiminləsə zarafat etmişəm, bunu qəsdən ictimailəşdiriblər. Camaat gecələr min hoqqadan çıxır, heç bunu yayan yoxdur. Günün günorta çağı zarafatımı yayıblar ki, məni biabır edib, gözdən salsınlar. Buna qalsa, mənim o qədər zarafatyana çəkilən videolarım var ki..."

Milli.Az