"Keşlə" fransalı hücumçu transfer etdi

11 Oktyabr 2018 18:16

"Keşlə" heyətinə yeni futbolçu cəld edib.

Milli.Az xəbər verir ki, paytaxt klubu ilə Toqo mənşəlli Fransa vətəndaşı Eite Conatan ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Fransalı hücumçu cari mövsümün sonunadək "Keşlə"nin uğurları üçün çalışacaq.

33 yaşlı forvard karyerası ərzində "Brest", "Nim", "Alanyaspor", "Yeni Maltayaspor" kimi klublarda çıxış edib.

Milli.Az