Ronaldunun keçmiş sevgilsi təcavüz iddiaları haqda danışdı - "Balotelli yataqda ondan yaxşıdır" - FOTO

11 Oktyabr 2018 15:52

Kriştianu Ronaldu ilə bir müddət eşq həyatı yaşayan italiyalı model Rafaella Fiko keçmiş sevgilisinin təcavüzdə günahlandırılmasına münasibət bildirib.

Milli.Az xəbər verir ki, 30 yaşlı model Ronaldu barədə müsbət fikirlər səsləndirib: "Ronaldu yaxşı oğlandır, təcavüz edəcək biri deyil. Onunla eşq dolu 11 ay yaşadıq. Mənimlə olduğu dövrdə çox alicənab idi. Ancaq Mario Balotelli yataqda Ronaldudan daha yaxşıdır".

Qeyd edək ki, Ronaldu 2009-cu ildə Las Veqasda Ketrin Mayorqa adlı xanıma təcavüz etməkdə günahlandırılır.

Milli.Az