La Liqa klubunda yeni baş məşqçi

11 Oktyabr 2018 14:30

İspaniyanın "Hueska" klubunun yeni baş məşqçisinin adı müəyyənləşib.

Milli.Az xəbər verir ki, La Liqa təmsilçisi ispaniyalı mütəxəssis Fransisko Rodriqesi komandanın "sükanı arxasına" gətirib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Klub rəhbərliyi La Liqada alınan uğursuz nəticələrdən sonra baş məşqçi Leo Frankonu istefaya göndərmişdi.

"Hueska" cari çempionatda 8 turdan sonra 5 xalla sonuncu pillədə qərarlaşıb.

Mili.Az