Terri İngiltərə klubunun məşqçisi oldu

11 Oktyabr 2018 13:15

"Aston Villa" yeni baş məşqçini ictimaiyyətə təqdim edib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, "Aston Villa" "sükan"ı Din Smitə həvalə edib. İngiltərə mətbuatı Smitin təyinatına qədər iddia edirdi ki, baş məşqçi postuna Con Terri gətirilə bilər. Ancaq bu ehtimal doğrulmayıb. Buna baxmayaraq, Terri "Aston Villa"da işlə təmin olub. O, Smitin köməkçisi kimi fəaliyyət göstərəcək.

"Aston Villa" Xesus Qarsiya Pitarxı da idman direktoru təyin edib. Bu funksioner "Valensiya" və Madrid "Atletiko"sundakı işi ilə tanınıb.

Con Terri karyerasını bir neçə gün əvvəl bitirib. O, futbolda son mövsümünü "Aston Villa"da keçirib.

Milli.Az