Metroda DƏHŞƏTLİ ANLAR: 20 yaşlı oğlanın başı… - QORXUNC GÖRÜNTÜLƏR - VİDEO - FOTO

12 Oktyabr 2018 08:28

Argentinanın paytaxtı Buenos-Ayres metrosunda dəhşətli anlar yaşanıb.

Milli.Az xəbər verir ki, Xose Senturion adlı 20 yaşlı oğlan qatarla platforma arasında sıxışaraq qalıb.

Onun başqa bir kişi ilə mübahisə zamanı büdrəyərək qatarla platformanın arasına düşdüyü bildirilir. Polisin məlumatına görə, zərərçəkən sərxoş olub.

Xialsedicilər gələnə qədər sərnişinlər kişiyə kömək etməyə çalışsalar da, onların bütün səylər nəticəsiz qalıb. Hadisə yerinə gələn xilasedicilər xüsusi qurğunun köməyi ilə platforma və qatar arasındakı çatı genişləndiriblər. Xialsetmə əməliyyatı təxminən 10 dəqiqədən sonra müvəffəqiyyətlə başa çatıb. (publika.az)

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Metroda DƏHŞƏTLİ ANLAR: 20 yaşlı oğlanın başı... - QORXUNC GÖRÜNTÜLƏR