Azərbaycana qeyri-adi qurğu gətirildi - FOTO

11 Oktyabr 2018 12:05

Türkiyənin Van bölgəsində dolunun qarşısını almaq üçün qeyri-adi cihaz hazırlanıb.

Milli.Az oxu.az-a istinadla xəbər verir ki, "Dolusavar" adı verilən cihaz İş Təkmilləşdirmə Mərkəzi (İŞGEM) tərəfindən istehsal edilib.

Cihaz Van Yüzüncü İl Universitetində uğurla testdən keçirilib.

Bununla bağlı açıqlama verən mərkəzin idarə heyətinin sədri Mahmut Gedik deyib ki, qurğu min hektarlıq ərazidə və 12 kilometr hündürlükdə suyun kristallaşmasının qarşısını alır.

O əlavə edib ki, cihazın ilk ixrac edildiyi ölkə Azərbaycan olub.

Milli.Az