9 valyutadəyişmə məntəqəsi bağlandı

11 Oktyabr 2018 11:24

İran Mərkəzi Bankı xarici valyutanın alqı-satqısı il əlaqədar qaydalara riayət etmədiyinə görə 9 valyutadəyişmə məntəqəsinin fəaliyyəti dayandırılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə İSNA İran Mərkəzi Bankına istinadən xəbər yayıb.

Qaydalara riayət etmədiyinə görə, iki valyutadəyişmə məntəqəsinin lisenziyası ləğv edilib, 7 məntəqənin də fəaliyyəti 1-3 ay müddətinə dayandırılıb.

Milli.Az