Sərdar xanımının bikinili paylaşımları haqda: "Dənizə gecə geyimi ilə girsin?" - FOTO

12 Oktyabr 2018 02:30

Müğənni Sərdar Ortaç və irlandiyalı model xanımı Xloe Louqnan ötən gün Bebek istiamətində görüntüləniblər.

Milli.Az axşam.az-a istinadən bildirir ki, jurnalistlərin suallarını cavablandıran Sərdar "Xanımınızın İnstaqramda açıq-saçıq paylaşımlarını münasibətiniz necədir" sualını belə cavablandırıb:

"Gənc qadındır, gözəl şəkillər palaşır. Dənizə gecə geyimi ilə girsin? Xloenin Türkiyəyə alışmağı uzun sürdü. Amma bizim mədəniyyətə sahiblənib. Limitli yaşayır, ölçülü geyinir. Hər şeyə diqqət edir. Kimsinsə həyatına, geyiminə qarışmaq lazım deyil".

Eyni suala Xloe belə cavab verib:

"Fotoları ilk olaraq Sərdara göstərirəm. Niyə qısqansın ki? Bu, mənim işimdir. Bikini markam var, onu reklam edib, pul qazanıram. Həm unutmayın, mən modeləm".

Qeyd edək ki, Louqnan son zamanlar sosial media hesabında bikinili paylaşımlar edirdi. Bu da izləyicilərin müzakirəsinə səbəb olmuşdu. Onlar fotoların altına "Ərin qısqanmırmı?", "Sərdar hara baxır?" kimi şərhlər yazmışdılar.

Milli.Az