Farer adaları - Azərbaycan matçı canlı yayımda

11 Oktyabr 2018 11:01

Millətlər Liqasının qrup mərhələsinin 3-ci turunda bu gün keçiriləcək Farer adaları - Azərbaycan oyunu canlı yayımlanacaq.

Milli.Az xəbər verir ki, matç "CBC Sport" telekanalı vasitəsi ilə birbaşa nümayiş olunacaq.

Qeyd edək ki, Torşavn şəhərindəki "Torsvullur" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə 22:45-də başlayacaq.

Milli.Az