“Ona qarşı sevgim hələ də qalıb” - Renka ilk ərindən DANIŞDI - VİDEO - FOTO

11 Oktyabr 2018 10:52

ARB TV-nin "Show news" verilişinin növbəti müsahibi rəqqasə Rəna Ağamuradova (Renka) olub.

Milli.Az bldirir ki, rəqqasə Renka özünə maya qoyduğunu deyib:

"Özümə maya buraxıram. Dişlərimi düzəltdirirəm. Məhərəmlik ayıdır. İstəyirəm bu ərəfədə öz üzərimdə işləyim. İdeal olmaq istəyirəm".

Renka, eyni zamanda, keçmiş həyat yoldaşı barəsində sevgi dolu danışıb:

"Qolumdakı bilərziyi uşaqlarımın atası hələ nişanlı olduğumuz zaman almışdı, mən də yadigar kimi saxlamışam. Xatirəsi məni incitmir. Keçmiş həyat yoldaşımla aram yaxşıdır. Bizə gəlir, bütün günü deyib-gülürük, zarafat edirik. O, Moskvada yaşayır. Sıxılmıram, çünki yanımızdadır. Həyatdı, həyatda hər şey baş verə bilər. Biz dost kimi ayrılmışıq. Mən onu çox istəyirəm. Çünki o, mənim birinci sevgim olub. Hər şeyə görə çox sağolsun. O, mənə iki balamı verib. Əvvəlki sevgim qalıb. Barışma etimalı yoxdur, mümkün deyil. Çünki biz dost kimi superik, amma bir yerdə yaşayanda hər şey dağılır. Mənim xasiyyətim pisdir, ərköyünəm, küsəyənəm, çox qısqancam, yoruram. Yenidən aşiq ola bilmirəm. 34 yaşım var. Yaşım da o yaş deyil. Sevgi bir dəfə olur həyatda. O da yoldaşımdır, uşaqlarım da ondan olub. İkinci dəfə mən o şeyi heç vaxt yaşaya bilmərəm".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
"Ona qarşı sevgim hələ də qalıb" - Renka ilk həyat yoldaşından DANIŞDI