Ərdoğan: "ABŞ Türkiyə ədalətinə hörmət etməlidir"

11 Oktyabr 2018 09:44

ABŞ Türkiyə ədalətinə hörmət etməlidir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı keşiş Endryu Bransonun həbsini şərh edərkən deyib.

R.T.Ərdoğan qeyd edib ki, Türkiyə demokratik və suveren respublikadır, heç kəs ölkənin hüquq-mühafizə işlərinə qarışa bilməz.

Qeyd edək ki, daha öncə Türkiyədə həbs olunmuş amerikalı keşişin vəkili İsmayıl Xalavurt müvəkkilinin ev dustaqlığı qərarının ləğv edilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edib.

Milli.Az