Möhtəşəm, dəbdəbəli villa satılır - FOTO

11 Oktyabr 2018 09:35

İtaliyadakı Komo gölünün sahilində "Villa Passalacqua" adlı superlüks, dəbdəbəli villa satışa çıxarılıb.

Milli.Az European-a istinadən bildirir ki, 9 yataq otağı olan villada bir zamanlar Napoleon Bonopart və Uinston Çörçill də yaşayıblar.

Məşhur aktyor Corc Kluninin villası da yaxınlıqdadır.

19-cu əsrin əvvəllərində qraf Andrea-Luççini Passalukkuanın sifarişi ilə isveçrəli memarlar Delis Soave və Cokondo Albertollinin layihəsi əsasında inşa olunmuş villanın zirzəmisində başlayan katakombaları yaxtalar üçün limana aparırlar.

"Villa Passalacqua"nın ərazisində 6 yataqlı başqa, "köməkçi" villa, habelə hovuz və 11 fəvvarə var.

Əvvəllər Roma Papası 16-cı İnnokentiyə məxsus ərazisində inşa edilmiş, 200 illik oranjereyası və üzgüçülük hovuzu da olan villa hazırda bankir Ceyms Kantrelə məxsusdur.

Villa oktyabrın 30-da "Concierge Auctions" hərracında satışa çıxarılacaq.

Milli.Az