İki qadın soyunub küçədə oturdular - FOTO

11 Oktyabr 2018 11:46

İngiltərənin Mançester şəhərinin mərkəzi küçələrindən birində dünən ajiotaj vardı. İki qadın lüt soyunmuş, bədənlərinə çiyələk cemi çəkərək skamyada oturmuşdular.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, şəhər polisindən verilən məlumata görə, rəssam olan qadınlar Market Stritdə bu minvalla bədii perfomans ediblər.

Polis müfəttişi Con Middlton qadınların hərəkətlərində qanun pozuntusu olmadığını söyləyib: "Onlar nahar fasiləsində skamyada lüt oturmuşdular. Yanlarında da avtomobil akkumulyatoruna qoşulmuş toster, çörək dilimləri və çiyələk cemi vardı".

Milli.Az