Azov dənizində içində azərbaycanlının da olduğu gəmi batmaqdan xilas edilib

11 Oktyabr 2018 07:28

Azov dənizinin Krım yarımadası ərazisinə düşən Kerçenski boğazında Toqo (Qərbi Afrika) bayrağı altında üzən "Nila" adlı yük gəmisi deşilərək zədə alıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Rusiya Dəniz və Çay Nəqliyyatı Agentliyinin (RDÇNA) mətbuat xidmətinə istinadən TASS məlumat yayıb.

Məlumata görə, 3 min ton kömür daşıyan gəmidə 11 heyət üzvü olub: Ukraynadan 10, Azərbaycandan bir nəfər.

Bildirilir ki, onlardan 7-si sərhəd gəmisinin göyərtəsinə keçib. Kapitanın qərarı ilə, xilasetmə əməliyyatı aparılmayıb. Yük gəmisi göyərtəyə dolmuş suyun nasosla çəkilməsi və korpusun germetizasiyası üçün öz gedişi ilə sahilə doğru üzüb. Onu RDÇNA-nın yedək gəmisi müşayiət edib.

Milli.Az