Sumqayıtda quyuya düşən şəxs xilas edilib

11 Oktyabr 2018 08:58

Sumqayıtda 1 nəfər çirkab su quyusuna düşüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Sumqayıt şəhərində 1 nəfər çirkab su quyusuna düşərək köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri vətəndaşı quyudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.​​

Milli.Az