Paşinyan oktyabrın 16-da istefa verəcək - ÖZÜ AÇIQLADI

10 Oktyabr 2018 23:52

Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 16-da istefaya verməyə hazırlaşır.

Milli.Az "report"-a istinadən bildirir ki, Paşinyan bunu "France 24" telekanalına deyib.

Erkən parlament seçkiləri 9-10 dekabr tarixlərində keçirilməlidir. Bu, mənim oktyabrın 16-da istefaya gedəcəyim təqdirdə real olacaq", - deyə telekanal onun sözlərini sitat gətirib.

N.Paşinyan oktyabrın 8-də cari ilin dekabr ayında erkən parlament seçkilərinin keçirilməsi haqqında memorandum imzalayıb.

Milli.Az