Qız özü-özünə ərə getdi - FOTO

10 Oktyabr 2018 21:04

Uqandalı Lulu Cemima özü-özünə ərə gedib.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, 32 yaşlı tələbə ailəsi və uşaqları olmadığından onun üçün təşvişə düşən valideynlərini sakitləşdirmək üçün belə bir addım atıb.
Lulunun sözlərinə görə, daima ancaq onun nə zaman ərə gedəcəyi ilə maraqlanan valideynlərindən bezdiyi üçün bu yola baş vurub.

32 yaşlı Lulu dostları ilə birlikdə saxta toy mərasimi də keçirib. Onun qardaşı tort bişirib, tanış dizayner dəvətnamə çap edib, başqa dostu isə rahib rolunda çıxış edib. Nikah mərasimi barda keçirilib. Cemima "pis gündə, yaxşı gündə, kasıbçılıqda, zənginlikdə, xəstəlikdə, sağlamlıqda özünü sevəcəyinə" söz verib.

Qeyd edək ki, Cemima 5 il əvvəl təhsil almaq üçün xaricə köçüb. O, Böyük Britaniyanın Oksford universitetində ədəbiyyat sahəsi üzrə magistr dərəcəsində təhsil alır.

Milli.Az