Ana fil ölü doğulan balasını 48 saat oyandırmağa çalışdı - VİDEO

10 Oktyabr 2018 20:40

Hindistanın Sakleşpur vilayətində maraqlı hadisə qeydə alınıb.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, ana fil ölü doğulan balasını oyandırmaq üçün 48 saat başının ucunda gözləyib. Bu hadisə video kamera tərəfindən qeydə alınıb.

Ölü doğulan balasının baş ucunda 48 saat gözləyib onu oyandırmağa çalışan ana fili görən digər fillər onun yanına gediblər. Digər fillər də 2 gün ölü fil balasının oyanmağını gözləyərək ana filə dəstək durublar.

Videonu izləmək üçün şəklə klikləyin:
Ana fil ölü doğulan balasını 48 saat oyandırmağa çalışdı

Milli.Az