Türkiyə bəyan etdi: Soçi razılaşması yerinə yetirildi

10 Oktyabr 2018 20:36

Suriyanın İdlib şəhərində təhlükəsizlik bölgəsindən ağır silahların çıxarılması yekunlaşıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimirn Putin arasında Soçidə keçirilən görüşdə İdliblə bağlı razılaşma imzalanıb. Sözügedən proses razılaşmaya əsasən aparılıb.

Milli.Az