"Yazıblar ki, oğlumu birinci həyat yoldaşımdan alacağam, çünki o, lezbiyandır" - Azər Axşam

10 Oktyabr 2018 19:12

Birinci həyat yoldaşım haqqında bu gün mənim adımdan yayımlanan məlumat yalandır.

Milli.Az xəbər verirlər ki, bu sözləri kult.az-a açıqlamasında tanınmış aparıcı Azər Axşam deyib. O bildirib ki, sözügedən yalan məlumatı kimin yaymasından xəbərsizdir:

"Mənim oğlumun 21 yaşı var. Adımdan xəbər yazıblar: guya mən oğlumu birinci həyat yoldaşımdan alacağam, çünki o, lezbiyandır, oğluma düzgün tərbiyə vermir. Guya mən buna görə onu məhkəməyə verib, analıqdan məhrum eləmək istəyirəm. Həmin xəbəri kimin yazdığını bilmirəm. Ancaq demək istəyirəm ki, bu, ağ yalandır. Həmin xəbərin altında məni tanıyıb-tanımayanlar təhqir içərikli sözlər yazıblar. Mən kişi adamam, mənə yaraşmaz belə şeyləri danışım, efirə verim. Özü də ayrıldıqdan 11 il sonra! Oğlum artıq böyük oğlandır. Kiminlə qalmağa özü qərar verir".

Azər Axşam onu da bildirib ki, xəbəri yayan "mənbə" saytlardan birinin adından istifadə edib:

"Kimsə İnstaqram hesabı açıb, həmin məlumatı hansısa saytın adı ilə verib. Həmin sayta da böyük oğlum zəng vurub. Bildiriblər ki, o saytda belə xəbər verilməyib. Biz özümüz də həmin saytı axtardıq, elə məlumat, həqiqətən, saytda yox idi. Azərbaycanda bu bəlanı tək mən deyil, bütün sənətçilər yaşayır. Ar olsun bu xəbəri yayanlara!"

Qeyd edək ki, "Xəbərlər bizdə" adlı İnstaqram səhifəsi Azər Axşamın adından onun birinci həyat yoldaşının lezbiyan olması haqqında məlumat yayaraq, oğlu Cavidanı ondan almaq üçün məhkəməyə müraciət edəcəyini bildirib.

Milli.Az