Barselonada möhtəşəm məscid tikiləcək

10 Oktyabr 2018 23:30

Avropa və Asiyanın müsəlman icmalarının liderləri Barselonada böyük məscid inşa edilməsi barədə planları müzakirə ediblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Kataloniyanın paytaxtında Avropa Müsəlman Forumu keçirilib. Tədbirdə İtaliya, İspaniya, Fransa, İngiltərə, Serbiya, Polşa və Litvanın müsəlman birliklərinin nümayəndələri iştirak ediblər. İslam dinini müxtəlif aspektlərdə təmsil edən bu platforma, o cümlədən məscidlər tikintisi üzrə müxtəlif tədbirlər və layihələr həyata keçirir. Təşkilat Avropada və Asiyada bir neçə ofis açmağı planlaşdırır. Həmin ofislərdən birincisi Barselonada yerləşəcək.

Təşkilatın rəhbərliyi bildirir ki, Kataloniya paytaxtında İspaniyanın ən böyük müsəlman icması cəmləşib, lakin indiyə qədər bu şəhərdə bircə normal məscid də yoxdur.

Barselonadakı ofis mədəni tədbirlər təşkil edilməsi, müxtəlif müəssisələr ilə qarşılıqlı fəaliyyət, ilk növbədə miqrantların dəstəklənməsinə yönəlmiş sosial layihələrlə məşğul olacaq.

Milli.Az