ABŞ-ın fond bazarı çökdü - Dünya təlaşda - FOTO

11 Oktyabr 2018 12:20

ABŞ-ın fond bazarı fevral ayından bəri ən böyük geriləməni yaşayır.

Əsas səbəb ABŞ prezidenti Donald Trampın bir sıra dövlətlərə qarşı apardığı "ticarət savaşları"nın Birləşmiş Ştatların şirkətləri üçün çox mənfi, ağır nəticələridir.

Milli.Az Blommberg-ə istinadən bildirir ki, investorların fikrincə, cümə günü ilin 3-cü rübü ilə bağlı hesabatlar açıqlanandan sonra vəziyyət daha da gərginləşəcək. Federal Ehtiyat Sistemi stavkaları artırdığından borc pullarla ABŞ-ın dövlət istiqrazlarının volatilliyi bahalaşıb və nəticədə şirkətlərin gəlirləri azalıb.

S&P 500 indeksi 3,39%, Dow Jones - 3,15% ucuzlaşıb. Ən ağır itkilərə texnoloji şirkətlər məruz qalıb: NASDAQ 100 indeksi 4,4% geriləyib. ABŞ-ın və Çinin 10 ən böyük texnologiya nəhənginin səhmlərinin durumunu səciyyələndirən NYSE FANG+ indeksi isə ümumiyyətlə, 5,6% ucuzlaşıb.

Milli.Az