Saturnda yağış aşkarlanıb

11 Oktyabr 2018 23:50

Astronomlar 2017-ci ildə Saturn atmosferi arasından keçən "Kassini" zondu köməyi ilə müəyyən məlumatları əldə ediblər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, məlum olmuşdur ki, planetin üzərinə yağışın mikroskopik dənələri enir.

Aparatın göyərtəsində yerləşən, ion-neytral kütlə spektrometrin köməyi ilə, aşkar olunmuş maddələrin kimyəvi tərkibi təyin olunub. Əldə olunmuş məlumata əsasən, hər saniyə Saturna, əsas tərkibi sudan ibarət bir neçə ton aşkar olunmuş maddə düşür. Saturuna maddələrin çatdırılmasında, qaz planeti atmosferinin kimyəvi tərkibinin formalaşmasında D halqaları əsas rol oynayır.

Milli.Az