Nostradamus, Vanqa və başqaları kimi gələcəkdən xəbər verənlərə inanmaq doğrudurmu?

11 Oktyabr 2018 23:15

Adı çəkilən şəxslər gələcəkdən xəbər verən kahin kimi tanınırlar. İslam dinində kahinlik böyük günahlardan sayılır. Hətta bunu Allaha şərik qoşmaqla bərabər tuturlar.

Milli.Az islam.az-a istinadən bildirir ki, Nostradamus və Vanqa kimi kahinlərin dedikləri tam mənasında həqiqətə uyğun da deyil. Onların öngörmələrinin bir hissəsi siyasi təhlilə əsaslandığı üçün düzgün çıxa bilər. Bəzi öngörmələr isə yalnız tam təsadüf üzündən düz çıxır.

Milli.Az