Müxalifət tərəfdarları MSK-ni ələ keçirdi

5 Aprel 2010 12:40
"Reuters"in məlumatına görə, bu gün yüzlərlə müxalifət fəalı Mərkəzi Seçki Komissiyasının (MSK) binasına hücum edib. Onlar binanı ələ keçirib. Sabiq baş nazir Taksin Çinavatanın tərəfdarları Banqkokun mərkəzi ticarət rayonunu da ələ keçirib.

Xatırladaq ki, nümayişçilər baş nazir Abxisit Vyetçaçivadan parlamentin buraxılması və növbədənkənar seçkinin elan olunmasını tələb edir.

Milli.Az