MSK yoxlamalara başlayıb
5 Aprel 2010 12:31
MSK-nın mətbuat xilmətindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, monitorinqlərin aparılması üçün MSK üzvlərindən və Komissiya Katibliyinin əməkdaşlarından ibarət 6 qrup yaradılıb. Həmin qruplar seçki prosesində DSK-ların üzərinə düşən vəzifələrin icrası, kargüzarlığın aparılması, DSK-ların maddi-texniki təchizatı vəziyyəti və s. məsələlərlə bağlı hərtərəfli yoxlamalar aparacaqlar.
Monitorinqlər 125 dairə seçki komissiyasıının hamısını əhatə edəcək və aprel ayının 20-nə qədər yekunlaşacaq. Monitorinqin nəticələrinə Mərkəzi Seçki Komissiyası tərəfindən qiymət veriləcək.
Milli.Az