"Siemens" Avropanı şoka saldı!
19 Sentyabr 2011 11:04
Milli.Az xəbər portalı "Der Spiegel"ə istinadən bildirir ki, konsernin idarə heyətinin üzvü Peter Lorşer Yaponiyadakı "Fukusima-1" atom-elektrik stansiyasında yaşanmış fəlakətin şirkətin qərarına ciddi təsir etdiyini vurğulayıb.
"Tam konkret şəkildə bəyan edirəm ki, "Siemens" konserni nüvə enerjisi istehsalı dövrünü başa vurur. Bundan sonra atom-elektrik stansiyalarının inşası ilə məşğul olmayacaq, alternativ enerji istehsalına daha çox diqqət verəcəyik", - Loşer söyləyib.
Onun dediyinə görə, "Siemens" Almaniyanın hakimiyyət dairələrinin bərpa edilə bilən enerji qaynaqlarından istifadə ilə bağlı siyasətini dəstəkləyir.
Almaniyadakı 12 nüvə reaktoru 2022-ci ilədək dayandıralacaq.
"Siemens"in bu qərarı Avropa Birliyini şoka salıb, çünki konsern atom-elektrik stansiyaları üçün avadanlıq istehsalı sahəsində dünya liderlərindən biridir.
Milli.Az