Dindirilmə zamanı prokurorun mobil telefonunu oğurladı
5 Aprel 2010 12:44
Kriminal.lv xəbər verir ki, oğurluqda ittiham olunan şəxs prokurorun otağında dindirilən zaman daha bir oğurluğa imza atıb. Prokurorun bir neçə dəqiqəlik otaqdan çıxmasından istifadə edən oğru onun mobil telefonunu "çırpışdırıb". Bir müddət sonra geri dönən prokuror dindirmə prosesini bitirib və oğru polis idarəsinə aparılıb.
Baş verənlərdən xəbər tutan polis cinayətkarın üzərində axtarış aparıb və prokurora məxsus mobil telefonu onun cibindən tapıb. Nəticədə oğruya qarşı daha bir cinayət işi açılıb.
Milli.Az