İsveçdə sünnət qadağan oluna bilər

6 Oktyabr 2018 16:28

İsveç Demokratlar Partiyasının baş katibi Rixard Comşof ölkədə sünnətin qadağan olunmasını təklif edib, Qafqazinfo xəbər verir. 

Milli.Az bildirir ki, miqrantlar əleyhinə çıxışları ilə tanınan baş katib bununla bağlı parlamentə qanun layihəsi təqdim edib. Uşaqların sünnət edilməsini "istismar" adlandıran Comşof  onların istəyi olmadan belə bir addım atılmasını düzgün hesab etmir.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılacaq.

Milli.Az