Müsəlman ofisiant Britaniyada qəhrəman oldu - VİDEO - FOTO

6 Oktyabr 2018 13:49

"Qəhrəmanlıq və ya igidlik etdiyimi düşünmürəm. Ani, instinkt səviyyəsində olan əməl idi".

24 yaşlı Riyad əl Həssani belə deyir.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, müsəlman ofisiant Britaniya ilə yanaşı, Avropanın ən tanınmış iş adamlarından birinin, "Eurotonnel"in sabiq direktoru, 91 yaşlı ser Robert Malpasın həyatını xilas edib.

London metrosunun "Central Line" xəttindəki Merbl Arç stansiyasında qatar gözləyən R.Malpasa qəflətən arxadan yaxınlaşan 46 yaşlı Pol Krossli onu itələyərək relslərin arasına yıxıb.

Bunu həmin vaxt stansiyanın perronunda olan Riyad görüb. Riyad aşağı atılıb və Malpası çıxarıb.

3-4 dəqiqə sonra hadisə yerinə gələn polislər P.Krosslini həbs ediblər.

P.Krosslinin şizofrenik olduğu, əvvəllər də bir nəfəri itələyərək metroda relslərin arasına saldığı bəlli olub. Tibbi müayinə Krosslidə paranoidal şizofreniya aşkarlayıb.

Britaniya mediası Riyad əl Həssanini "ölkə qəhrəmanı" elan edib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

В Лондоне толкнули под поезд 91-летнего бывшего главу Евротоннеля