"Araz" Malta klubu ilə heç-heçə etdi

5 Oktyabr 2018 12:28

Futzal üzrə UEFA Çempionlar Liqası turnirindəki təmsilçimiz "Araz" əsas mərhələdə ikinci oyununu keçirib.

Milli.Az xəbər verir ki, Maltanın "Valletta" klubu ilə qarşılaşan ölkə çempionu heç-heçə edib - 1:1. Təmsilçimizin heyətində Xətai Bağırov fərqlənib.

"Araz" qrupda son oyununu oktyabrın 6-da, Bakı vaxtı ilə saat 20:00-da "Luçenec" komandasına qarşı keçirəcək. 

Milli.Az