Qara Qarayev: "Elə belə komanda deyildi, "Arsenal" idi"

5 Oktyabr 2018 10:23

"Qarabağ"ın futbolçusu Qara Qarayev matçdan sonra fikirlərini bölüşüb.

Milli.Az xəbər verir ki, Qarayev stadiona çox azarkeşin gəldiyini və gözəl atmosferin olduğunu qeyd edib.

Yarımmüdafiəçi oyun haqqında buları deyib:

"Pis oynamadıq, statistikaya baxdıqda heç də "Arsenal"dan geri qalmırdıq. İmkanlarımız da oldu, vura bilmədik, nəticə fərqli də ola bilərdi. Axıra kimi vuruşduq, amma bəzən vuruşsaq da, nəticə əldə edə bilmirik. Bu da elə belə komanda deyildi, "Arsenal" idi".

Asif Mehman
Milli.Az