«Qalatasaray» öz tarixində ən güclü heyət qurmağı hədəfə alıb

5 Aprel 2010 12:00
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, klubun növbəti mövsümdə Çempionlar Liqasına qatılmaq hüququ qazanacağı təqdirdə, prezident "kisənin ağzını açacaq". Artıq bu istiqamətdə işlərə başlanılıb. Məlumata görə, futbolçu transferinə məsul olan şəxslərə müvafiq tapşırıqlar verilib və axtarışlara başlanıb. Yay transfer pəncərəsində heyətinə daha bir neçə dünya miqyaslı ulduz qatmağı planlaşdıran "Qalatasaray" rəhbərliyinin konkret təmas qurduğu futbolçular da var. Lakin onların adı hələ ki, açıqlanmır.

Milli.Az