Qocalmanı ləngidən sadə vasitə

4 Oktyabr 2018 23:25

Minnesota Universiteti (ABŞ) alimləri araşdırmalar zamanı aşkar ediblər ki, "fizetin" adlı təbii maddə hüceyrələr səviyyəsində sağlamlığı yaxşılaşdırmaq və ömrü uzatmaq xüsusiyyətlərə malikdir.

Bu flavonoid adi meyvə və tərəvəzlərdə var.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, fizetinlə xiyar, soğan, alma, şaftalı, kivi, üzüm, xurma, çiyələk kimi məhsullar zəngindir.

Mütəxəssislərin fikrinə görə, fizetinin orqanizmə daim daxil olunması hətta ahıl yaşlarda sağlamlığın qorunmasına yardım edir. Araşdırmalar göstərib ki, bu maddə Alsheymer xəstəliyinin və xəsrçəngin riskini azaldır.

Alimlərin fikrinə görə, fizetinin cavanlaşdırıcı effektinin əsasında immun sisteminə olan təsir durur. Fizetin immun sistemini stimullaşdırır, orqanizmin köhnə və xəstə hüceyrələrdən təmizlənməsi prosesini sürətləndirir. Belə xəstə və köhnə hüceyrələr orqanizmdə iltihabın artmasına səbəb olur. İltihab fonunda orqanizmdə toxumaları zədələyən və şişlərin yaranmasına səbəb olan maddələr əmələ gəlir.

Mütəxəssislər hər gün qidalanmaya fizetinlə zəngin olan məhsulları daxil etməyi tövsiyə edir.

Milli.Az