Sadə vətəndaş öz hesabına Mübariz adına İncəsənət mərkəzi açdırdı - VİDEO - FOTO

4 Oktyabr 2018 11:52

Niyyətim odur ki, Mübarizin həmişə şəkilləri çəkilsin, Mübariz həmişə yaşasın. Qoy, erməni xalqı görsün ki, bizim Mübariz kimi igidimiz var.

Milli.Az-ın məlumatına görə, "Həzi Aslanov" metrosunun yaxınlığında Milli qəhrəman Mübariz İbrahimov adına İncəsənət mərkəzi açılıb. Sərgidə Mübariz İbrahimovun heykəli və "Mübariz olaq" adlı sərgi keçirilib. Sərgidə 100-ə yaxın rəssamın əl işləri nümayiş etdirilib.

"Ürəkdən istədiyim üçün heykəli öz vəsaitimlə düzəltdirmişəm", - İncəsənət mərkəzinin rəhbəri Namiq Əliyev söyləyib.

Bəxtiyar Umarlı
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Sadə vətəndaş öz hesabına Mübariz adına İncəsənət mərkəzi açdırdı