İrana investisiya qoyanlara 5 illik yaşayış icazəsi verilir

3 Oktyabr 2018 20:24

İrana 250 min dollar investisiya yatıranlara 5 illik yaşayış icazəsi veriləcək.

Milli.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, ABŞ-ın sanksiyalarından sonra ölkənin iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün təklif olunan qərar İran prezidenti Həsən Ruhaninin rəhbərliyi ilə Tehranda təşkil olunan İqtisadi Əməkdaşlıq Yükşək Şurasının iclasında qəbul edilib.

İclasda həmçinin Mərkəzi Banka açıq bazar əməliyyatları aparılması üçün səlahiyyət də verilib.

Qeyd edək ki, 2016-cı ilin fevral ayında qəbul edilən qərarda İran iqtisadiyyatına 300 min dollar investisiya yatıran xarici sərmayədarlara 3 il yaşayış icazəsinin verilməsi nəzərdə tutulurdu.

Milli.Az