Paytaxtda 27 yaşlı qadın qətl törətdi

5 Aprel 2010 11:16
Rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, aprelin 4-də 1-ci Alatava yaşayış massivi, ev 43-də yaşayan 27 yaşlı Gədəbəy sakini Vəsilə Süleymanova, münaqişə zəminində 28 yaşlı Seymur Süleymanovu bıçaqla qətlə yetirib. V.Süleymanova tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Anar Məmmədov
Milli.Az