Bakı Şəhər İcra Hakimiyyətində inventarlaşdırma və yoxlama aparılır.
Bakı Şəhər İcra Hakimiyyətindən Milli.Az-a verilən məlumata görə, icra hakimiyyəti başçısı səlahiyyətlərini icra edən Eldar Əzizovun sərəncamına əsasən, inventarlaşma işlərinin aparılması ilə bağlı komissiya yaradılıb.
Yoxlamalar İcra Hakimiyyətinin bütün strukturlarında, o cümlədən Bakı Lift-Təmir İstehsalat Birliyində də tam və hərtərəfli şəkildə aparılacaq.
Qeyd olunmalıdır ki, inventarlaşdırma işləri normal hal sayılır və vaxtaşırı olaraq bütün idarə və təşkilatlarda keçirilir.
Milli.Az