"Qarabağ"ın albaniyalı müdafiəçisi Ansi Aqolli ölkəsinin idman nazirliyinin fəxri mükafatına layiq görülüb.
Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Aqolli mükafatla bağlı təşkil olunmuş mərasimdə iştirak edə bilməyib. O, bu barədə fikirlərini şəxsi "facebook" səhifəsində paylaşıb:
"Fəxri mükafata layiq görüldüyüm üçün çox şadam. Albaniyanın və xalqımızın dəyərlərini qürurla nümayiş etdirirəm. Mükafatın beynəlxalq arenada ölkəmizin imicini yüksəltmək üçün xeyli iş görmüş milli komandanın keçmiş baş məşqçisi Canni De Biasi tərəfindən təqdim olunması isə ikiqat sevindiricidir. Amma təəssüf ki, oyunlarla bağlı şəxsən mükafatlandırmada iştirak edə bilmədim".
Milli.Az