Avropa Birliyinə məxsus konvoya hücum: ölənlər var

1 Oktyabr 2018 21:21

Avropa Birliyinə məxsus konvoya Somalinin paytaxtı Moqadişuda hücum edilib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, AB-nin Sülh Qüvvəsi AMISKOM-u hədəf alan Əş-Şəbab terrorçuları bomba yüklü avtomobili partladıblar. Nəticədə 10 nəfər həyatını itirib, çox sayda insan isə yaralanıb.

Əş-Şəbabın sözçüsü Əbu Musab hücumu üzərlərinə götürdüklərini, avropalı rəsmiləri hədəf aldıqlarını bildirib.

O qeyd edib ki, daha sonra itkilər haqqında məlumat verəcək.

Milli.Az