"Brent" markalı neftin qiyməti 84 dolları ötüb

1 Oktyabr 2018 20:56

Dünya bazarında neftin qiyməti artmaqda davam edir.

Milli.Az Report-a istinadən xəbər verir ki, Londonun "İCE Futures" birjasında "Brent" markalı neftin bir bareli 1,54% bahalaşaraq 84,13 dollara satılıb.

Qeyd edək ki, axırıncı dəfə həmin markalı neftin qiyməti 2014-cü il noyabrın 10-da bu həddə çatmışdı.

Milli.Az