Firon II Ramzesə ölümündən 3 min il sonra xarici pasport verdilər — FOTOFAKT

1 Oktyabr 2018 19:32

Qədim Misirin ən nüfuzlu hökmdarlarından biri II Ramzes olub.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, firon 66 il taxtda oturub. Amma II Ramzes tarixə müasir fransız pasportu ilə düşüb.

XIX əsrdə alimlər Ramzesin şərəfinə Misir, Sudan, Fələstin ərazisində ucaldılan abidələri, məbədləri və sarayları kəşf etdilər. Onun hakimiyyət dövrü Misirin qızıl dövrü sayılır. Bu dövrdə ticarət inkişaf edib, güclü ordu olub. 

Ramzesin atası I Seti onu orduya xidmətə göndərib. Ramzes 26 yaşı olanda taxta çıxıb. Fironun mumiyası arxeoloqlar tərəfindən 1881-ci ildə ali kahin II Pinecemanın sərdabəsində tapılıb. Pinecema Ramzesdən 400 il sonra yaşayıb və alimlər ehtimal edirlər ki, fironun mumiyası bu sərdabədə vandallardan qorumaq üçün gizlədilib.

Mumiya uzun müddət Misirin Qahirə muzeyində saxlanıldı. Amma 1970-ci illərdə mumiya xarab olmağa başladı. Bunun qarşısını almaq üçün mütəxəssislər axtarıldı və Fransada tapıldı.

Ramzesin mumiyasını Fransaya aparmaq üçün isə fironun həqiqi pasportu olmalı idi. O dövrdə Fransada olan qanuna əsasən, ölü və ya diri insanlar ölkə ərazisinə ancaq şəxsiyyətini təsdiq edən sənədlə daxil ola bilərdilər. Ramzesə isə sadəcə Fransada kömək edilə bilərdi və bu səbəbdən onun üçün pasport hazırlandı. Pasport hazırlananda Ramzesin ölümündən 3 min il keçmişdi!

Pasportda məşğuliyyət bölməsinə Kral yazılmışdı. Təyyarə Fransa hava limanında yerə enəndə onu dövlət başçısı kimi qarşıladılar. Mumiyaya lazımı kömək göstərildikdən sonra fironu Misirə qaytardılar.

Milli.Az