Evdə qaz balonu partladı, yaralananlar var
5 Aprel 2010 10:40
Rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, rayonun Həsənsu kəndində yaşayış evində qaz balonu partlayıb. Nəticədə evin sakinləri 56 yaşlı Tərufə Hümbətova və 23 yaşlı Arzum Qasımova ağır xəsarətlər alıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.
Hadisənin ehtiyatsızlıqdan baş verdiyi ehtimal olunur.
Faktla bağlı araşadıma aparılır.
Anar Məmmədov
Milli.Az