Tanınmış reper 50 Centin konsertinə VİP biletlər qalmayıb

5 Aprel 2010 10:29
Milli.Az xəbər portalının məlumatına görə, bunu Day.Az Radioda baş tutan online mətbuat konfransı zamanı konsertin təşkilatçıları bildiriblər. Konsertin təşkilatçılığı həyata keçirən "Korsika Lounge" şirkətinin rəhbəri Aqşin Həbibov və Səlim Aslanovun sözlərinə görə, 500 manata satışa çıxarılan bütün VIP biletlər artıq satılıb. Adi biletlərin qiyməti isə 80 manatdır.
Təşkilatçılar qeyd edib ki, 50 Centin konsertinin yerli televiziya kanalları tərəfindən yayımına hələlik icazə verilmir. Çəkilişi yalnız məşhur MTV televiziyası həyata keçirəcək. Tanınmış reperin Bakı konserti adıçəkilən telekanalın "It roader" verilişində nümayiş olunacaq.

Günay
Milli.Az